Ş.Lekler yenə özünü tənqid edir

Ferrari komandasının sürücüsü Şarl Lekler sıralanma turundakı performansından narazı qalıb.

F-1.az xatırladır ki, monakolu sürücü İnterlaqosdakı sıralanma turunda 4-cü olub. Lakin 22 yaşlı pilot yeni daxiliyanma mühərriyinə keçdiyi üçün yarışa 14-cü yerdən başlayacaq.

Şarl Lekler: “Poul mümkün idi. Performansımdan razı deyiləm. Son döngədə səhv edərək 0.1 saniyə itirdim. Bu, mənim səhvimdir. Komanda əla iş gördü və bolid poul qazanacaq potensialda idi. Lakin bacara bilmədim. Məyusam. Startda itirdiyim yerləri də nəzərə alsaq, yarış çətin olacaq. Yarışda var qüvvəmi qoyacağam. Geridən başlamaq həyəcanverici olacaq. Lakin sıralanma turundakı performansım pis idi. Ancaq indidən sonra heç nəyi dəyişmək olmaz”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*