F-1.az xatırladır ki, monakolu sürücü ev yarışına komandasının səhvi ucbatından 15-ci yerdən başlayıb. Yarışda isə Hülkenberqlə insident yaşayaraq mübarizəni vaxtından əvvəl dayandırmalı olub.
Şarl Lekler: “Heyif ki, mövsümə istədiyimiz kimi başlaya bilmədik. Məyusuq. Lakin işləməliyik. Belə olan halda yaxşı nəticələr qazana bilərik.
Komanda olaraq öyrənməliyik. Sıralanma turunun ikinci sessiyasına çıxa bilməmək pis hal idi. 15-ci yerdən başlamaq bizə yaraşmır. Çətin yarış olacağını bilirdik”.