Ş.Lekler: Yaxşı işləməliyik

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, poul qazanmaq üçün boliddən maksimumu çıxarmalıdır.

F-1.az xatırladır ki, monakolu sürücü cümə sərbəst yürüşlərində birinci yeri tutub.

Şarl Lekler: “Bolid çox sürüşürdü, amma cümə günləri bu problemlərlə çox qarşılaşırıq. Bundan başqa iki ildir ki, bura gəlmirik. Buna görə də trasın yaxşılaşması və sıralanma turuna qədər asfaltla ilişmənin artması vaxt alacaq. Buna baxmayaraq yaxşı gün idi.

Birinci sessiya mənim üçün çətin keçdi, amma üzərimizdə işləyərək inkişaf etdik. Ümid edirəm ki, sabah daha yaxşı olarıq.

Burada dalğalanma problemi yaşayırıq, ancaq bunun yanacaq yükünün rolu olduğuna inanmıram. Bu, trasdan asılıdır. Bəhreyndə bir az dalğalanma var idi. Ciddədə nisbətən az idi. Burada isə çoxdur. Yaxşı hal deyil və üzərində işləyirik. Bütün bunlara baxmayaraq, rəqiblərimiz də təmiz dövrə vura bilmədilər Sabah hər şeyi mükəmməl etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*