Ş.Lekler: Yarışı gözləyirəm

Ferrari komandasının sürücüsü Şarl Lekler düşünür ki, Monakoda diqqətli olsalar, yaxşı nəticə qazana bilərlər.

F-1.az xatırladır ki, monakolu sürücü ev trasındakı cümə sərbəst yürüşlərində hamıdan üstün olub.

Şarl Lekler: “Cümə günü olmasına baxmayaraq, azarkeşlər gəlmişdi. Buna görə də növbəti iki günü səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, tiffozi üçün yaxşı nəticə qazana bilərik.

Stabil sürdük və çox dövrə vurduq. Hələ də xırda sazlanmalar var. Amma belə baxanda pis deyildik. Sabaha daha yaxşı olmalıyıq, çünki rəqiblərimiz də inkişaf edəcək. Müəmma çoxdur.

Bolid güclüdür. Yarış tempimiz də trafikə baxmayaraq yaxşı idi. Ümdi edirəm ki, həftəsonu bizim üçün yaxşı keçər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*