Ş.Lekler yarışa pit yolundan başlayacaq

Ferrari komandasının sürücüsü Şarl Lekler İspaniya yarışına pit yolundan başlayacaq.

F-1.az xatırladır ki, monakolu sürücü dünənki sıralanma turunda bolidin arxa tərəfi ilə bağlı problem yaşamış və 19-cu yeri tutmuşdu. Komanda bütün gecə yatmayaraq, bolidi başdan-ayağa təhlil edib. Onlar bütün detalları yarışdan sonra Maranelliya göndərməyi planlaşdırırlar.

Komanda böhranı fürsətə çevirir. Lekler onsuz da yarışa gerilərdən başlayacaq və buna görə maşında bəzi detallar dəyişiləcək.

Ferrari-dən Cok Klia bu barədə məlumat verib: “Ötürmələr qutusunu, daha doğrusu maşının arxa tərəfini tamamilə dəyişdirdik. Məqsədimiz problemin olmayacağına əmin olmaqdır”.

Beləliklə, bu dəyişikliklərdən sonra Şarl Lekler yarışa pit yolundan başlayacaq.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*