F-1.az xatırladır ki, monakolu sürücü cümə sərbəst yürüşlərində Ferstappendən 0.4 saniyə geridə qalaraq üçüncü olub.
Şarl Lekler: “Sessiyalar yaxşı keçdi. Təkərlər tez yeyildiyi üçün yarış tempində zəif idik. Bunu gözləyirdik. Sıralanma tempimiz bir az yaxşı idi, amma rəqiblərimiz öndə görünür. Yarış tempimiz isə pisdir və son yarışlar nəzərə alınanda bu təəccüblü deyil. Yarış üçün bir az güc tapmalıyıq. Buna fokuslanacağıq. Görək nə olur”.