F-1.az xatırladır ki, monakolu sürücü cümə sərbəst yürüşlərində vahid dövrədə güclü görünsə də, təkərləri tez yeyirdi və tempi tez düşürdü. Buna görə də yarış tempində zəif görünürdü.
Şarl Lekler: “Sıralanma tempimiz pis deyil, amma yarış tempində və təkərəri istifadədə inkişaf etməliyik. Soft təkərlərdə Medium təkərlərə nisbətən daha güclüyük. Görək sıralanma turuna qədər nə edirik. İndiki hava şəraiti qış testlərinə nisbətən fərqlidir.
Bu problemləri həll etməliyik, çünki yarış tempində zəifik. Görək dolu çənlə nələr edirik. Ümid edirəm ki, güclənərik”.