Ş.Lekler: Yarış tempində artırmalıyıq

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, yarış tempində mütləq inkişaf etməlidirlər.

F-1.az xatırladır ki, monakolu sürücü Bakıda həm sprintdəki sıralanma turunda, həm də əsas sıralanma turunda poul qazanıb. Lakin yarışda Red Bull-ların gerisində qalıb. Hətta, Aston Martin-dən Alonso da yarış tempində gənc sürücüdən sürətli görünüb.

Şarl Lekler: “Yarış tempində bir az geridəyik. Vaxt itiririk. Hətta Aston Martindən də geridə qalırıq.

Buna fokuslanmalıyıq. Sürətli dövrəlrədə daha çox riskə gedirik. Sıralanma turunda öndə olmaq üçün iki gözəl dövrə vurdum, amma yarış tempində onlara qarşı heç nə edə bilmədim. Belə həftəsonundan sonra və bütün sessiyalardan maksimumu aldğımız üçün sevinməliyik. Bundan artığını edə bilməzdik. Yarış tempini artırmalıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*