Ş.Lekler: Yarış tempimi düzəltmişəm

Ferrari komandasının sürücüsü Şarl Lekler artıq yarış tempində də inkişaf etdiyini deyib.

F-1.az xatırladır ki, monakolu sürücü 2019-cu ildə 7 dəfə poul qazansa da, bunlardan sadəcə ikisini qələbəyə çevirə bilmişdi.

Şarl Lekler: “Qazın və əyləcin harada olduğunu, döngəni necə dönməliyəm bilirəm. Sirrim yoxdur. Sadəcə yüngül çənlə daha yaxşı sürürəm. Bolidi limitlərdə sürməkdən həzz alıram.

Yarış tempimi də xeyli təkmilləşdirmişəm. İki il əvvəl SF90 ilə poullar qazandım, ancaq yarışda zəif idim. Keçən il bu yöndən inkişaf etdim və indi özümü daha yaxşı hiss edirəm. Bundan razıyam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*