Ş.Lekler: Yarış çətin qalacaq

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Tsunodanın önündə qalmaq üçün Q1-də iştirak edib.

F-1.az xatırladır ki, monakolu sürücü güc qurğusunda dəyişikliklər etdiyi üçün yarışa son cərgədən başlamalı idi. Buna baxmayaraq, Lekler birinci sessiyada iştirak etdi və ikinci sessiyaya yüksələ bildi.

Şarl Lekler: “Bu gün Tsunodanın önündə qalsaydım, yarışda onun önündə başlayacaqdım. Belə bir həftəsonunda hər fürsəti dəyərləndirmək lazımdır. Bolid zədələnməsin deyə risk almasam da, bir neçə dövrə vurmaq yaxşı oldu. Bir az məlumat topladım.

Xallar çox vacibdir. Burada ötmə elə də asan deyil. Bizi çətin yarış gözləyir. Qərar verməli idik və yeni motoru burada götürdük. Yarışda maksimum nəticə qazanmaq üçün əlimdən gələni edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*