Ş.Lekler yanacaq sistemində problem yaşayıb

Ferrari komandasının sürücüsü Şarl Lekler yanacaq sisteminə görə mübarizəni dayandırıb.

F-1.az xatırladır ki, monakolu sürücü Almaniyadakı sıralanma turunda poula əsas namizədlərdən olsa da, üçüncü sessiyada trasa çıxa bilməyib və 10-cu yerə razı olub.

Şarl Lekler: “Problemin Sebastyandakı ilə eyni olub-olmadığını bilmirəm. Məndə yanacaq sistemi ilə bağlı problem oldu. Doğrudan da məyusedicidir. Bunun təkrarlanmaması üçün əlimizdən gələni etməliyik. Komanda üçün çətin gün oldu. Ümid edirəm ki, yarış yaxşı olar. Bir boliddə problem olanda çətin olur. İkisində problem olanda lap çətin olur. Bu gün bizim günümüz deyildi. Amma yarışda komandanın üzünü güldürmək istəyirik. Boliddə özümü yaxşı hiss edirdim. Sıralanma turunun belə bitməsi məyusedicidir. Bakı yadıma düşdü. Hamı poul alacağımıza əmin idi. Amma hər şeyi məhv etdim. Lakin son yarışlarda inkişaf etmişik. Yağış bizə kömək edə bilər. Quruda da sürətliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*