Ş.Lekler: Yağış gözlədik, amma yağmadı

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, komandası ilə danışacaq.

F-1.az xatırladır ki, son sessiyada bütün sürücülər ilk cəhdlərinə Soft təkərlər çıxdığı halda, Ferrari komandası monakolu sürücüsünə keçid təkərlərini taxıb. Buna görə də 25 yaşlı pilot 10-cu yeri tutub.

Şarl Lekler: “Yağış gözləsək də, yağmadı. Komanda ilə danışıb gələcəkdə belə havalarda daha yaxşı olmağı təhlil edəcəyik. Hazırda məyusam. Güclü performansım var idi. Yaxşı fürsəti əldən verdik. Lakin bolid hələ də bizdədir. Bundan sonra hər şeyi düzgün etməliyik”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*