Ş.Lekler xal qazansa da, məyus olub

Sauber komandasının sürücüsü Şarl Lekler qismən vətəni sayılan Fransada xal alsa da, nəticədən narazı qalıb.

F-1.az xatırladır ki, monakolu sürücü yarışa 8-ci yerdən başlasa da, startda 6-cı yerə yüksəlib. Lakin gənc pilot yarışın gedişində yerini qoruya bilməyərək, 10-cu yeri düşüb.

Şarl Lekler: “Yarışın bir hissəsində Maqnussenə yaxınlaşdım və DRS-dən istifadə edə bilərdim. Hər şey qaydasında idi. Daha sonra daha yaxşı ilk sektor nəticəsi ilə yaxınlaşıb hücum etməyə çalışırdım. Lakin ikinci döngədə bolidin idarəetməsini itirdim və Hülkenberq məni keçdi. Nəticədən razıyam. Burada xal almaq asan deyildi. Ancaq əldən gedən xallara görə məyusam. Bəzən belə hallar olur və bunlardan dərs çıxaracağam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*