F-1.az xatırladır ki, Binotto komanda rəhbəri vəzifəsindən istefa verəndən sonra bu yer üçün ən ideal namizəd Vassyördür.
Şarl Lekler: “Ferrari digərlərinə nisbətən fərqli komandadır. Mən sadəcə Fred ilə olan təcrübəm haq da danışa bilərəm: Yaxşı idi. Mən aşağı kateqoriyalardan Fredlə işləyirəm. Həmişə münasibətimiz yaxşı olub. Lakin bu hal qərarlara təsir etməməlidir.
O həmişə açıqsözlü olub. Dürüst insandır və onda ən sevdiyim xüsusiyyət budur. Yeni rəhbərin o olub-olmayacağı məlum deyil. Bir neçə gündə dəqiqləşər”.