F-1.az xatırladır ki, monakolu sürücü cümə sərbəst yürüşlərində 8-ci yeri tutub.
Şarl Lekler: “Yaxşı gün idi. Amma sıralanma turunda sürətli olmaq üçün çox işləməliyik. Ancaq hər şeyi bir araya gətirə bilirik. Yarış tempimiz güclü idi. Buna görə də sıralanma tempimizi düzəldə bilərik.
Yeni trasdan həzz aldım. Məncə, ötmələr daha asan olacaq. Doqquzuncu döngə sürücülər üçün həyəcanvericidir. Mən əvvəlki 5, 6 və 7-ci döngələri sevirdim, amma problem deyil. 9-cu döngə gözəldir. Məncə, 5-ci döngə ötmələrə kömək edəcək. Buna görə yaxşıdır”.