F-1.az xatırladır ki, monakolu sürücü sıralanma turunda 13-cü olub və ardıcıl ikinci dəfə son sessiyaya qala bilməyib.
Şarl Lekler: “Bu, gözlənilən idi. Spa və bura bizim üçün ən pis iki tras idi. İlin sonunda da bizi çətin tras gözləyir. Çox çətindir. Çünki yaxşı dövrə vurub 13-cü olursunuz. Hazırda vəziyyət belədir və mən də maşından maksimumu almağa çalışıram.
Ev trasımızda belə performans göstərmək məyusedicidir. Çox işləməliyik. Ümid edirəm ki, Ferrari-nin Mucelloda daha güclü olarıq və növbəti yarışlarda güclənməyə başlayarıq. Son iki həftə bizim üçün çətin idi. İndi isə işləmək lazımdır. Ancaq bu halda gözəl günlər gələ bilər”.