F-1.az xatırladır ki, monakolu sürücü doğma publika önündə poul qazansa da, sıralanma turunun son saniyələrində qəa edərək, maşının sağ tərəfini dağıdıb. Bolidin arxa asılqanı da zədələnib və ehtimal olunur ki, ötürmələr qutusu da problemlidir.
Şarl Lekler: “Sessiaynı belə bitirmək məyusedicidir. Lakin ilk dövrəm\ görə də çox sevincliyəm. İlk döngə çox çətin idi və oranı istədiyim kimi dönə bilmədim. Ancaq ikinci və üçüncü sektorda güclü idim və pouldan başlayacağım üçün sevinirəm. Ötürmələr qutusuna görə narahatam, amma ümid edirəm hər şey yaxşıdır”.