F-1.az xatırladır ki, monakolu sürücü İtaliyada poul qazanaraq, tiffozilərin könlünü fəth edib.
Şarl Lekler: “Poul qazanmaq əladır. Sıralanma turu çətin keçsə də, bolidimizin potensialı olduğunu bilirdim. Son sessiyada hər şeyi bir araya gətirməli idim və bunu bacardım. Atdığım dövrədən çox razıyam. Bu həftəsonu hər şey gözəl gedir. Bolid də yaxşıdır və ümid edirəm ki, sabah 2019-cu ildəki uğuru təkrarlıyarıq”.