F-1.az xatırladır ki, monakolu sürücü cümə sərbəst yürüşlərini ikinci yerdə bağlayıb.
Şarl Lekler: “Tətildən sonra bolidə qayıtmaq gözəldir. Trasın fərqli yerlərində yağış yağarkən çox sayda dövrə vurduq. Bütün komandalar fərqli proqramlar üzərində işlədiyi üçün güc balansının necə olduğunu demək çətindir. Cəza aldığımız üçün əsasən yarış tempinə fokuslanacağıq”.