F-1.az xatırladır ki, monakolu sürücü yarışa pit yolundan başalyıb və yekunda 11-ci yeri tutaraq, xalsız qalıb.
Şarl Lekler: “Bolidin balansı yaxşı olsa da, stabil deyildik. Yarışda iki dəst Hard təkər istifadə etdik. Bunlardan birincisi faciə olsa da, ikincisi çox yaxşı idi. Daha sonra Pyerə çatdıq. Tempimiz yaxın olduğundan ona yaxşınlaşmaqda çətinlik çəkdim. Ancaq ikinci dəst Hard təkərlərdə vəziyyət daha yaxşı idi. Anlamalı olduğumuz şeylər var, çenki hər təkərin işləmə forması fərqlidir.
Onları doğru aralıqda işlədə bilmirik. Bu, real problemdir. Böyük fərqlər var. Bu yarışda eyni təkəri fərqli zamanlarda götürəndə bolid yaxşıdan pisə ya da pisdən yaxşıya keçə bilir. Bu da təkərləri işlətməkdən asılıdır. Eyni şeyləri edirəm. Təkərlərdən eyni cür istifadə edirəm. Amma dəhşət qeyri-stabillik var. Buna görə də bunun üzərində işləməliyik.
Son pitdə Soft təkər götürməyi düşünsəm də, Hard təkərə qərar verdim. Bu təkərlər elə də pis deyildi. Sərt təkərlərlə yarışın son hissəsi yaxşı idi, amma ilk hissə bərbad idi. Bu halı ilk dəfə yaşamırıq. Bu təkərlərlə nə edək bilmirik. Bunu anlamalıyıq.
Həftəsonu çox faciəvi keçdi. İndi bazaya qayıdıb sıralanma turunda nəyin tərs getdiyini araşdıracağıq. Yarışda bizi çətin vəiyyətə qoyan sıralanma turundakı nəticə idi. Çox qeyri-stabilik və görüləcək işlər var”.