F-1.az xatırladır ki, monakolu sürücü poul qazanan Rasseldən 0.1 saniyə geridə qalaraq, üçüncü yeri tutub.
Şarl Lekler: “Əsasən özümüzə fokuslanmışıq. Bu gün mükəmməl deyildi. Təkərləri işlətmək çətin idi. Buna görə də vahid dövrədə performans göstərmək çətin idi. Sabah yarışı qazanmaq üçün tempimiz var. Ümid edirəm ki, önə keçərik”.