F-1.az xatırladır ki, monakolu sürücü son iki yarışdan 27 xal toplayaraq, turnir cədvəlində 4-cü yerə yüksəlib.
Şarl Lekler: “Builki yarış yayın ortasında olacaq və isti trasda tempimiz maraqlıdır. Silverstoundakı kimi təkərlərə nəzarət etmək vacib olacaq. Britaniyada bunu etmək üçün çox işlədik və bəhrəsini gördük. Sıralanma turunda yaxşı nəticə almaq çox vacibdir”,