F-1.az xatırladır ki, monakolu sürücü Avstriyadakı sprint yarışını ikinci yerdə bitirib. O, yarışın əvvəlində komanda yoldaşı Saynsla mübarizə aparıb.
Şarl Lekler: “Yarış çətin keçdi. Yarışın ilk hissəsində vəziyyətə nəzarət etməyə çalışdım. Maks çox sürətli idi. Yarışın əvvəlindəlimitlərdə sürdü. Sonlarda ona hücum etmək üçün təkərlərimi qorumağa çalışdım. Daha sonra Karlosla mübarizə apardıq. Sonlara doğru tempimi artırdım. Fərqi yavaş-yavaş bağlayırdım. Çox yaxın idik. Ümid edirəm ki, əsas yarışda yaxşı start alıb, Maksı təzyiq altında saxlayarıq”.