Ş.Lekler təəccüblənib

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Qətərdə Mercedes-in performansına təəccüblənib.

F-1.az xatırladır ki, Ferrari Qətərdə çox zəif təsir bağışlayıb. Onlar burada 5-ci sürətli komanda kimi görünüb. Yenə də Lekler yarışı 5-ci yerdə bitirərək, demək olar ki, maksimum nəticə qazanıb. Ancaq yarışın startında ən geriyə düşmüş Rasselin onu keçməsi Şarlı təəccübləndirib.

Şarl Lekler: “Karlosun probleminə görə yarışa gözlədiyimiz kimi başlamadıq. Bu məyusedici idi. Bu səbəbdən təhlükəsizliyə görə mən də diqqətli sürməyə başladım. Lakin Qətərdə beşincilikdən yaxşı nəticə qazana bilməzdim.

McLaren-in tempinə çox təəccüblənmədim. Burada sürətli olacaqları gözlənilən idi. Mercedes-in tempinə isə təəccübləndik. İlk dövrədə qəza etsələr də, yarışı bizdən öndə bitirmələri təəccüblüdür.

Növbədə ardıcıl 3 yarış var. Mühəndislər Kubokunda ən yaxşı nəticə qazanmaq üçün hər şey edəcəyik.

Məncə, Qətər yarışı F1 tarixində sürücülər üçün ən çətin yarış oldu. İstisnası olduğunu düşünmürəm. Elə olmadığını deyənlərə də inanmıram. Məncə, çox şey üst-üstə gəldi.

Hava çox isti idi. Çoxlu sürətli döngələrin olduğu trasımız var. Lakin ən vacib məqam 3 pit-stop etməyimiz idi. Bu da o demək idi ki, təkərlərə nəzarət etmədən sürətli sürməli idik. Elə bil ki, ardıcıl sıralanma turları atırdıq. Gələn il də belə olsa, sürücülər aralarında müzakirə aparacaqlar. Yarışdan sonra həmişə bir-birimizə baxırıq. Bu dəfə vəziyyət fərqli idi.

Bəzi sürücülər özlərini doğrudan da pis hiss edirdilər. Yəni ki, bunu müzakirə etməliyik. Bu fiziki hazırlıqla əlaqəli şey deyil. O qədər su itiririk ki, trası pis görürük və ürək döyüntülərimiz artır. Bütün bunları nəzarətdə saxlamaq çətindir. Hələlik bu barədə çox danışmaq istəmirəm. Lakin bunun nə qədər çətin olduğunu sözlə ifadə etmək çətindir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*