Ş.Lekler: Suzuka Spa-ya bənzəyir

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Red Bull Yaponiyada güclü olacaq.

F-1.az xatırladır ki, Formula1 üçillik fasilədən sonra yenidən Yaponiyaya qayıdır. Trasın quruluşu Spa-nı xatırladır və Belçikada Ferstappen yaeışa 14-cü yerdən başlasa da, 17 saniyə fərqlə qalib gəlmişdi. Peres isə ikinci yeri tutmuşdu.

Şarl Lekler: “Bu il bütün traslarda güclü olan bolidimiz var. Lakin Red Bull bu həftəsonu daha sürətli olacaq. Buradakı sazlanmalar Spa-nı xatırladır. Buna görə də güclü olacaqlar. Yenə də ümid edirəm ki, Spa-dan dərslər çıxarıb, Suzukada güclü olacağıq”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*