F-1.az xatırladır ki, almaniyalı sürücü yeddi Dünya Çempionluğu ilə Formula1 tarixinin ən titullu sürücüsüdür. Şumaxer 7 tituldan 5-i Ferrari ilə qazanıb.
Ayrton Senna isə cəmi 3 dəfə Dünya Çempionu olsa da, sürüş tərzi ilə idman tarixinə öz adını qızıl hərflərlə yazdırıb.
Şarl Lekler: “Ferrari sürücüləri həmişə mənimçün qəhrəan olublar. Mixael də mənim qəhrəmanımdır. O, qələbələr qazananda mən uşaq idim. Onu izləmək çox gözəl idi. Formula1-ə baxanda birinci Ferrari və Mixaeli görmək istəyirdim.
Əgər Senna yaşasaydı, seçim daha çətin olardı. Ondan çox şey öyrənə bilərdim. İstedadlı olması ilə yanaşı öz üzərində çox işləyirdi. Bunun hesabına idmanın ən yaxşılarından biri oldu”.