F-1.az xatırladır ki, monakolu sürücü Azərbaycanda sıralanma turunda səhv edərək qəzaya uğramış və poulu əldən vermişdi.
Şarl Lekler: “Bakı yarışından sonra sıralanma turunun ikinci sessiyaslnda var qüvvə ilə sürmədim. O, səhv idi, çünki rahatlıqla son sessiyaya keçə bilərdik. Qəza etmək axmaqlıq idi. Daha sonra Barselonada altlığı qırdıq. Bu da son həddə sürməkdən oldu. Bundan sonra yanaşmamı dəyişdirdim. Səhvlərimdən dərs çıxarıram. Əsas odur ki, onları təkrarlamayasan”.