F-1.az xatırladır ki, monakolu sürücü 2018-ci ildən Formula1-də yarışır. Lakin 2022-ci ildə texniki reqlamentin dəyişməsi ilə o da stilini dəyişməli olmuşdu.
Şarl Lekler: “Bir sürücü kimi tərzimizi tamamilə dəyişməli olduq. Bu da asan iş deyil. Sürüş tərzi anadangəlmə istedaddır və onu dəyişmək üçün çox işləməlisiniz.
Formula1-ə gələndən bolidlər həmişə eyni idi və dəyişikliklər təkmilləşmə ilə olurdu. Buna görə də stilimi dəyişməyə ehtiyac yox idi. Ancaq 2022-ci ildə yeni bolidə uyğunlaşmaq üçün hər şeyə sıfırdan başlamalı idim”.