F-1.az xatırladır ki, monakolu sürücü Bakıda 6-cı yeri tutaraq karyerasının ilk xallarını qazanmışdı.
Şarl Lekler: “GP3 və Formula2 maşınlarını arxadan sürüşmə ilə idarə edirsiniz və belə olanda daha sürətli olursunuz. Amma Formula1-də öndən sürüşməli sazlanma ilə sürətli olursunuz və bu barədə düşünməmişdim. Ancaq belə görünür ki, bu bolidlər belə işləyirlər. Sadəcə buna öyrəşməliyəm.
Sazlanmaları dəyişdikdən sonra təkmilləşdim. Artıq bolidi daha yaxşı hiss edirəm. Əvvəl isə bolidi anlamaq çətin idi. Əsas öndən sürüşməyə fokuslandıq və böyük fərq ortaya çıxdı”.