F-1.az xatırladır ki, monakolu sürücü yarışa 12-ci yerdən başlasa da, təhlükəsizlik maşınından istifadə edərək, pit-stopa gedib və bunun hesabına yarışı 3-cü yerdə bitirib.
Şarl Lekler: “Yarışımdan razıyam, çünki 12-ci yerdən başladıq və podium uğurdur. LAkin bir az məyusuq. Tempimiz olsa da, yarışın sonlarında təkər çox yeyildi. Bunu təkmilləşdirməliyik. Yenə də 12-ci başlayıb, 3-cü bitirmək yaxşıdır.
Təqvimdəki ən çətin yarışlardan biridir. İlk sektordakı yüklənmə və təkər yeyilməsi işləri çətinləşdirir. Çeko ilə gözəl mübarizə apardı və daha sonra Maksla… Lakin yarışların sonlarında mübarizə aparmaq üçün bolidi təkmilləşdirməliyik. Meksikada yenilik gətirməyəcəyik, amma paketi təkmiləşdirəcəyik”.