Ş.Lekler: “Sirr saxlamaq çətindir”

Alfa Romeo Sauber komandasının sürücüsü Şarl Lekler bildirib ki, mövsümün ikinci yarısında Sauber ilə bağlı bütün proseslərdən xəbərdar olsa da, rəsmi açıqlamanı gözləyib.

F-1.az xatırladır ki, Ferrari ilə Sauber mövsümün ikinci yarısında münasibətləri yenidən qaydasına qoyub və bunun nəticəsində Ferrari sürücü proqramının üzvü Şarl Lekler isveçrəlilərin heyətinə tranfer olunub.

Şarl Lekler: “Mənim üçün bu mövzu barədə danışmamaq çox çətin idi. Bəzi şeylərdən xəbərdar olsam, rəsmi bir şey olmadığı üçün danışa bilmirdim. Əbu Dabidə təkər testlərinin son günüə qədər mən də nə olacağını gözlədim və daha sonra xəbər gəldi. Formula1-də olduğum üçün xoşbəxtəm. Alfa Romeo-nun da idmana qayıtması bizi həyəcanlandırdı. İndi əlimizdən gələni etməliyik. Komandada birinci pilotun kim olması mənə maraqlı deyil. İşimlə məşğul olmaq istəyirəm. Ferrari mühərriyi ilə çox güclü olacağıq. Ümid edirəm ki, gözəl il olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*