Ş.Lekler: “Sıralanma turunda zəifik”

Sauber komandasının gənc ulduzu Şarl Lekler bildirib ki, C37-nin sıralanma performansını düzəltmək lazımdır.

F-1.az xatırladır ki, Sauber komandası ilk 4 yarışda cəmi bircə dəfə Şarl Leklerlə sıralanma turunun ikinci sessiyasına qalsa da, iki yarışdan xalla ayrılıb.

Şarl Lekler: “Hazırda yarış tempimiz sıralanma tempimizdən güclüdür. Lakin bunu araşdırmalıyıq və bu yönümüzü təkmilləşdirməliyik. Bunu bacarsaq, rəqabətədavamlı ola bilərik. Çünki yarış tempimiz doğrudan da güclüdür. Yarışın sonunda çəndə yanacaq azalanda da çətin olur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*