SF1000 Maranello küçələrində

Dünən Ferrari-nin çəkiliş günü baş tutub. Şarl Lekler komandanın cari maşınını Maranello yollarında zavoddan Fyorano trasına qədər sürüb.

F-1.az bildirir ki, komandanın dünənki proqramına həm də iki il əvvəlki maşınla testlər də daxil olduğundan, cari maşınla çəkiliş səhərin erkən saatlarında baş tutub.

Şarl Lekler: “Adətən tez oyanmağı sevmirəm, amma bu gün səhər hər şey əla idi. Bəzi insanları oyatmış ola bilərəm, amma SF1000 ilə Maranello küçələrindən keçməkdən məmnunam. Xüsusilə də, qeyri-adi marşrutla sürmək əladır.

Kokpitə qayıtmaq evə qayıtmaq kimidir. Məncə bu, traslara dönməyə hazır olduğumuzu göstərməyin əyləncəli üsuludur. Maşını Avstriyada uçurmaq üçün səbirsizlənirəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*