F-1.az xatırladır ki, monakolu sürücü Yas Marinadakı birinci sərbəst yürüşlərdə Esteban Qutyerresi əvəz etməli idi. Amma Lekler GP3-dəki yarışına fokuslanmaq üçün Formula1-dəki sərbəst yürüşlərdə iştirak etməyəcək.
Xatırladaq ki, 19 yaşlı sürücü GP3-də ən yaxın izləyicisi Aleksander Albonu 29 xal qabaqlayır.
Şarl Lekler: “Mənim üçün çətin qərardır, amma Əbu Dabidə Formula1 bolidi sürməyəcəm. Hazırda tamamilə GP3-ə fokuslanmışam. Əgər sərbəst yürüşlərdə iştirak etsəm, F1-dən dərhal sonra GP3-dəki sıralanma turunda iştirak etməli olacam”.
Xatırladaq ki, Lekler Haas ilə Britaniya, Macarıstan, Almaniya və Braziliyada sərbəst yürüşlərdə iştirak etmişdi…