F-1.az xatırladır ki, hazırda Formula2 seriyasında liderlik edən monakolu sürücü keçən il də 4 dəfə Haas komandası ilə sərbəst yürüşlərə qatılmış, bu il isə Macarıstanda Ferrari-nin sükanı arxasında testlərdə çıxış etmişdi.
Sauber-in verdiyi məlumata görə, Lekler gələn həftə Malayziyada Markus Erikssonu əvəz edəcək. ABŞ-da, Meksikada və Braziliyada onun kimi əvəz etməsini isə komanda daha sonra açıqlayacaq.