F-1.az xatırladır ki, monakolu sürücü Belçikadakı birinci sərbəst yürüşlərdə 4-cü olsa da, ikinci sərbəst yürüşlərdə qəza edib.
Şarl Lekler: “Hava şəraitinə görə çətin gün idi. Şənbə günü güclü olmaq üçün çox işləməliyik. Cümə günü qəza etmək istəməzdim, amma sərbəst yürüşlər bunun üçündür. Bu səhvləri təkrar etməməyə çalışacağam.
Birinci sərbəst yürüşlərə bolid yaxşı idi, amma ikinci sərbəst yürüşlər elə deyildi. Bunun səbəbini anlamalıyıq. Sıralanma turu üçün yaxşı sazlanma tapmalıyıq”.