F-1.az xatırladır ki, monakolu sürücü 2022-ci ildə ən çox poul qazanmış sürücü olub və vahid dövrə performansına görə Sennaya çox bənzəyir.
Şarl Lekler: “İdealım həmişə Senna olub. Onunla bağlı sənədli filmlər izləmişəm. Onunla işləyən adamlarla danışmışam və çox xüsusi biri olub. O, sadəcə bolid sürərkən yox, şəxsi həyatında da xüsusi adam idi.
Öləndən sonra bütün sərvətini Braziliyada xeyriyyə fonduna verdi. Bu da 400 milyon dollardan çox idi. O, həmişə əfsanə olacaq. Sadəcə mənim üçün yox, əksəriyyət üçün…”.