Ş.Lekler: Səhv qərar verdim

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, sıralanma turunun son sessiyasında səhv qərar verərək, poulu qaçırıb.

F-1.az xatırladır ki, Ferrari F1-75 İmolada da sürətli görünürdü. Ancaq sıralanma turundakı dəyişkən hava şəraiti “qırmızlar”ın işini çətinləşdirib. Həm də tez-tez çıxan qırmız bayraqlar da, əlavə problemlərə səbəb olub.

Son sessiyada Maks Ferstappen qırmızı bayraqlar çıxmamışdan əvvəl sürətli dövrə vuraraq, poul qazanıb. Çempionatın lideri Lekler isə ikinci yerlə barışmalı olub. Bundan başqa, monakolu sürücü yeni dəst təkərlərini son cəhdində istifadə etmək istəyib. Amma qırmızı bayraqlar gənc pilotun arzusunu gözündə qoyub.

Şarl Lekler: “Sessiya çox qarışıq idi. Xüsusən də, quru hava təkərləri ilə sürmək çətin idi, çünki trasda yaş hissələr çox idi. Üçüncü sessiyada hər şeyi bir araya gətirmək lazım idi. Lakin mən orada səhv qərar verdim. Yeni təkərlərimi son cəhdimə saxlamaq istədim, amma qırmızı bayraqlar çıxdı və planım alt-üst oldu. Bu mənim səhvimdir. Bundan dərs çıxarmalıyıq.

İkinci yeri tutmaq faciə deyil. Əsas işlər sabah və bazar günü həll olunacaq. Əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*