F-1.az xatırladır ki, monakolu sürüce cümə günü keçirilən hər iki sessiyanı zirvədə bağlasa da, ikinci sessiyada ön təkərini divara çırpıb və asılqanını qırıb. Onun bu səhvi keçmişdə şəhər tipli traslarda etdiyi səhvləri xatırladıb.
Şarl Lekler: “Yaxşı günümüz pis bitdi. İkinci sessiyada kiçik səhv etdim, amma bu, özümə olan inama təsir etmədi. Artıq sıralanma turuna fokuslanmışam. Tempimiz yaxşıdır. Heyif ki, cümə günü yarış tempində işləmədim”.