Ş.Lekler: Sayns əla iş gördü

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, komanda yoldaşı Karlos sayns əla iş görüb.

F-1.az xatırladır ki, monakolu sürücü Sinqapurdakı sıralanma turunda üçüncü olub və bununla da, Montsadan sonra yenə də komanda yoldaşı Karlos Saynsdan geridə qalıb. Lekler son cəhdində yaxşı dövrə ilə gəlsə də, səhv edərək, poulu əldən verib.

Şarl Lekler: “Hər yerdə olduğu kimi burada da təmiz dövrə atmaq çox çətindir. Hətta təkər temperaturu və dövrə rəzində yaşanan yeuilməyə görə bu daha da çətinləşir. Bu gün mübarizə çox yaxın idi. Mercedes bu gün gücü idi. Buna görə də sıralanma turu maraqlı keçdi. Heyif ki, kiçik fərqlə poulu əldən verdim”.

Ancaq yenə də Karlos əla iş gördü. Sabah komanda yarışa 1 və 3-cü yerlərdən başlayacaq. Görək nə edirik”.

Ferrari mövsümə pis başlasa da, performansı getdikcə artır: “Sabahkı yarış çox çətin olacaq. Hava çox isti və nəmlidir. Lakin indiyə kimi yaxşı performans göstərdik. Düzünü desəm, bu trasda belə güclü olacağımızı gözləmirdim. Yəni ki, bu hal gələcək üçün yaxşı əlamətdir. Görək sabah nə olur.

Yarış tempində necə olacağımızı bilmirəm. Məncə, bütün həftəsonu ərzində çox güclü idik. Ümid edirəm ki, sabah problem yaşamarıq”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*