F-1.az xatırladır ki, monakolu sürücü cümə sərbəst yürüşlərini lider Rasselldən 2.7 saniyə geridə bağlayıb.
Şarl Lekler: “Çox yaxşı günü geridə buraxdıq. Boliddəki hissiyatım çox yaxşı idi. Sabah hər şeyi bir araya gətirməliyik.
Özümü yaxşı hiss edirəm. İkinci sərbəst yürüşlər çətin keçsə də, yarış üçün çox şey öyrəndik. Yaxşı cümə günü idi. Sabahı gözləyək və görək nə olur, çünki hava şəraiti dəyişəcək”.