F-1.az xatırladır ki, monakolu sürücü sıralanma turunda 2-ci olsa da, elektronik idarəetmə bloku dəyişildiyi üçün yarışın startında 10 yer itirəcək və yarışa 12-ci yerdən başlayacaq.
Şarl Lekler: “Xoşbəxtəm? Hə ya yox. Temp cəhətdən çətin sıralanma turu idi, amma nəticəmdən razıyam. Hər şeyimi ortaya qoydum və limitdə idim.
Red Bull isə yadplanetli kimidir və çətinlik çəkirik. Komanda olaraq çox işləməliyik. Sabah yarış asan olmayacaq. Startda 10 yer itirəcəm və bir az geridən başalyacağam. Ümid edirəm ki, sürətlə geridönüş edərəm.
Yarış tempimiz yaxşıdır. Yarış templərini müqayisə etmək çətindir, çünki ikinci sərbəst yürüşlərdə hamı fərqli proqramda işlədi. Sabah hər şey məlum olacaq. Bəhreynlə nisbətdə hər şey yaxşıdır. Yenə də asan olmayacaq, çünki nəticələr yaxındır”.