F-1.az xatırladır ki, monakolu sürücü Amerikadakı sıralanma turunda 2-ci yeri tutsa da, daxiliyanma mühərriyini və turbonu dəyişdiyi üçün startda 10 yer itirəcək.
Şarl Lekler: “Çox çətin sessiya idi. Xüsusən də keləyə görə bolid hər dövrə fərqli davranırdı, amma əlimdən gələni etdim. Son cəhdim yaxşı deyildi. Karlos bu gün daha güclü idi. Poula layiq iş gördü.
Cəzaya görə geridən başlayacam və məqsədim mümkün olduğu qədər ön tərəfə tez çatmaq olacaq. Əlimdən gələni edəcəm. Cəzaya görə 12-ci yerdən başlayacam. Böyük risklər almayacağıq, amma önümüzə fürsətlər çıxsa, dəyərləndirəcəyik”.