F-1.az xatırladır ki, Ferrari bu il çox zəif olsa da, gənc sürücü iki dəfə podiuma yüksəlib və mövsümü 98 xalla bitirib. Lakin 23 yaşlı pilot Ştiriya, Türkiyə və Saxir yarışındakı səhvlərinə görə bu il tənqid atəşinə tutulub.
Şarl Lekler: “Çox təkmilləşmişəm. Gələn il daha güclü olacağam. Növbəti mövsüm komanda necə olacaq bilmirəm, amma hər addım doğru yöndə olacaq. Hamınız bu mövsümdən dərslər çıxardıq və bu il karyeramın ən yaxşı ili idi. Çox riskə getdim və bu risklər bizə yaxşı xallar gətirdi. Bəzən işlər tərs getdi və yerlər itirdik. Bunu inkar etmirəm. Lakin ümumi baxsaq, yaxşı idi”.