F-1.az xatırladır ki, əksəriyyət Ferrari-nin ən yaxın rəqibindən 0.5 saniyə öndə olduğunu düşünür. Mercedes komandasından Toto Volff, Lyuis Həmilton və Valtteri Bottas, Toro Rosso-dan Frants Tost və Red Bull -dan Kristian Horner də bu fikirləri dəstəkləyirlər.
Şarl Lekler: “Performans hazırda vacib deyil. Hələ test edirik və heç kəs tam gücü ilə sürmür. Eynilə biz də. Rəqiblərin nə qədər sürət gizlədiyini bilmirik”.