F-1.az xatırladır ki, “qırmızılar” Mayamiyə yeniliklərlə gəliblər, amma cümə günü yarış tempində yenə də Red Bull-dan zəif görünüblər.
Monakolu sürücü cümə gününü üçüncü yerdə bitirsə də, sonda qəza edib.
Şarl Lekler: “Qəza haqqında deyiləcək söz yoxdur. Dövrə ərzində limitlərdə sürdüm və buna görə də tras xaricinə uçdum. Bunu saymasaq, sıralanma tempimizdən razıyam. Vahid dövrədə maşın yaxşı işləyir, amma yarış tempində zəifik. Rəqiblərimizə nisbətdə zəif olduğumuz yönlərimiz var.
Red Bull komandasının sürücüləri öz liqalarına qayıdıblar. Buna görə də qalib gəlmək üçün fərqli şeylər sınamalıyıq. Aradakı fərqi bağlamaq üçün sehirli metodlarımız yoxdur. Bundan artığını edə bilmərik. Görək nə olur.
Sadəcə əsas trayektoriyada ilişmə olduğu üçün sessiya çətin keçdi. O trayektoriyadan kənarda ilişmə yox idi. Tempimi yüksəldəndə isə maşının idarəetməsini itirdim. Maşını özünə gətirməyə çalışsam da, təkərlər fırlana bilmədi. Maşının ön tərəfini vurdum, amma ciddi problem yoxdur. Əsas da budur”.