F-1.az bildirir ki, Şarl komanda yoldaşını üstələyərək ikinci olub və sabahkı yarışa ilk cərgədən başlayacaq.
Şarl Lekler: “Nəhayət təmiz sıralanma turu keçirmək və star düzümünün ön sıralarına qayıtmaq xoşdur. Maşın bir neçə yarış əvvəlkinə nisbətən bir qədər yaxşı idarə olunur. Kvalifikasiyanın birinci və ikinci hissələrində nəticəmi tədricən düzəltdim, finalda isə əla dövrə vurdum.
Son dövrədə istədiyim hər şeyi etdim və Maksa çox yaxınlaşdım. Bu gün öndə olmaq üçün kifayət etmədi, amma Red Bull-a bu qədər yaxınlaşacağımızı gözləmirdik, ona görə də bu nəticə nəzərəçarpacaq dərəcədə irəliyə doğru addımdır.
Monrealda yaxşı yarış tempimiz var idi. Bizdə kifayət qədər sabitlik yoxdur, ona görə də biz Kanadadakı sürətimizə sahib olub-olmadığımızı yalnız bazar günü öyrənəcəyik. Red Bull uzun məsafədə daha sürətlidir, ona görə də çətin olacaq, amma onların işlərini çətinləşdirə bilsək… Bunun üçün hər şeyi edəcəyik”.
Xatırladaq ki, Helmut Marko bir neçə gün öncə Şarlın yarışa ən öncərgədən başlayacağı təqdirdə işlərinin heç də asan olmayacağını demişdi. Onun fikrincə, komandası ev yarışında cari mövsümdə ilk dəfə qələbə qazanmaya bilər…