Ş.Lekler: Red Bull-dan çox geridə qalmırıq

Ferrari komandasının sürücüsü Şarl Lekler düşünür ki, Ferrari hazırda Red Bull-dan çox geridə qalmır.

F-1.az xatırladır ki, Red Bull komandasının qələbə seriyası Sinqapurda başa çatmışdı. O yarışda poul və qələbə qazanmış Ferrari-nin Yaponiyadakı performansı hamıya maraqlı idi.

Şarl Lekler cümə sərbəst yürüşlərini ikinci yerdə bağlayıb və o, Ferstappenə sadəcə 0.3 saniyə uduzub.

Ferrari Yaponiyaya yeni altlıqla gəlib və monakolu sürücü maşından razıdır.

Şarl Lekler: “Altlıq gözlədiyimiz effekti verdi və bolid daha da stabil oldu. Bu da gözəl idi. Bizə əlavə performans qazandırmayıb, amma gözləyək görək nə olur. Bolid barədə yeni şeylər öyrənməyə davam edirik. Son iki-üç yarışda çox şey öyrəndik. İndi bunların hamısını bir araya gətirməliyik və Sinqapurda bunu etmişdik. Buna görə də burada bunu etməliyik.

Red Bull burada çox sürətli görünür, amma bizdə onlardan çox geri qalmırıq. Rəqiblərimizə gözlədiyimizdən daha yaxınıq. Buna görə də əla gün idi.

Maşını Zandfortdan əvvəlki dövrə nisbətən daha yaxşı anlayırıq. Bu da işlərimizi asanlaşdırır, çünki McLaren və Mercedes-lə fərqlər çox yaxındır və bolidi anlayanda öndə oluruq.

Son yarışlarda etdiyimiz bu idi və sabah da hədəfimiz bu olacaq. Yenə də burada hər şeyi mükəmməl etsək belə, Red Bull yenə də sürətli olacaq”

Şarl Lekler əlavə edib ki, Sinqapur yarışından sonra sürüş tərzini dəyişib və bu da onun performansına müsbət təsir edib: “Bu gün vəziyyət daha yaxşı idi. Son iki ya da üç yarışda maşının balansı məni yorurdu. Bu gün sürüş tərzimi bir az dəyişdirdim. Boliddə də bəzi şeyləri dəyişdirdik. Artıq özümü daha yaxşı hiss edirəm. Sözün açığı, bu hələ ilk gündür. Buna görə var qüvvəmizlə işləməli və irəliyə doğru addım atmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*