Ş.Lekler: “Qəzadan qaça bilərdim”

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Braziliya yarışındakı insidentdə qismən günahkardır.

F-1.az xatırladır ki, monakolu sürücü Braziliya yarışının son dövrələrində komanda yoldaşı Fettellə idördüncü yer mübarizə apararkən, təmas yaşamış və nəticədə hər iki pilot mübarizəni dayandırmalı olmuşdu.

Şarl Lekler: “Bunu araşdırdıq və xüsusilə mən baxdım. Vəzityyəti necə düzəldə biləcəyimizə baxdıq. Bəxtimiz gətirmədi, çünki təmas elə də böyük deyildi, sonra isə əsl drama döndü. Belə hadisələrin yaşanmaması üçün bir-birimizə qarşı daha az aqressiv olmalıyıq. Bu hal komanda və azarkeşlər üçün yaxşı deyil.

Yenə də yarışmaqda sərbəstik. Çünki Seblə aramızda rəqabət var və qalib gəlmək istəyirik. Amma eyni komanda üçün yarışırıq və ortaq məxrəcə gəlməliyik.

Orada Sebastyan sola doğru manevr etməməliydi. Bunu o da bilir. Mən də ondan qaçmaq üçün bir şey edə bilərdim. Yəni ikimiz də günahkarıq. Lakin əsas odur ki, hər şey aydınlandı. İndi isə irəliyə doğru baxırır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*