F-1.az xatırladır ki, monakolu sürücü 8 yarışdan sonra qazanaraq, qələbə həsrətinə son verib. O, eyni zamanda 6 yarışdan sonra podiuma yüksəlib. Özü də trasda əzəli rəqibi Ferstappeni üç dəfə keçərək.
Lakin yarışın sonlarında əvvəlcə Karlos Saynsın motoru yanıb. Daha sonra isə Lekler pedal problemi yaşayıb. Bu çətinliklərə baxmayaraq, Lekler əzəli rəqibi Ferstappenin 1.5 saniyə önündə finişə çatıb.
Şarl Lekler: “Əla yarış idi. Yarışın əvvəlində performansımız əla idi. Maksla əla mübarizə apardıq. Yarışın sonu isə çox çətin idi. Qaz pedalında problem yaşayırdım. Aşağı sürətdə qaz pedalı 20-30 faiz ilişirdi. Buna görə çətin idi. Buna baxmayaraq, sona qədər vəziyyətə nəzarət etdim. Çox xoşbəxtəm. Qələbəyə ehtiyacım var idi. Son 5 yarış həm mənim üçün, həm də komanda üçün çətin idi. Axır ki, qazandıq. Sona qədər mübarizə aparacağıq”.